Ağcabədidə film təqdimatı keçirilib +FOTO=35
İyunun 27-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında rayonun Qiyaməddinli və Gələbədin kəndlərindən olan, I və II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış igid oğullarımızdan bəhs edən "Qiyaməddinli və Gələbədin igidləri" adlı sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, məktəblilər, eləcə də "N" saylı hərbi hissənin bir qrup əsgər və zabitləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Filmin baş məsləhətçisi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Əkbər Yusifoğlu qonaqları salamladıqdan sonra filmin çəkiliş prosesləri haqqında təqdimat iştirakçılarına ətraflı məlumat verdikdən sonra filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.
Bundan sonra Ceyhun Şüküroğlunun rejissoru olduğu adıçəkilən film nümayiş olunub. Qiyaməddinli və Gələbədin kəndlərinin qədim tarixi, nəhayət I və II Qarabağ müharibəsində şərəfli döyüş yolu keçmiş, düşmən üzərində əldə etdiyimiz möhtəşəm Qələbədə pay sahibi olan Vətənin ölməz igidlərindən bəhs edən film, onu seyr edənlərin böyük marağına səbəb olub. Qeyd edək ki, filmdə şəhidlərimizin həyatı və döyüş yolu, eləcə də valideynlərinin, ailə üzvlərinin, həmçinin vaxtilə onlara dərs deyən müəllimlərin şirin xatirələri yer alır.
Ziyalılardan İsfəndiyar Talıbov, Məhəmməd Bağırov, Mehman Novruzov, Elxan Zeynalov, şəhid bacısı Nüşabə İbrahimova və YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov film bitdikdən sonra öz təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, belə filmlərin çəkilib cəmiyyətə təqdim olunması gənc nəslin daha da vətənpərvər ruhda böyüməsi və ən əsası, son anda ölümün gözlərinə dik baxan Vətən fədailərinin unudulmaması baxımından olduqca vacibdir. Çünki şəhidlərimiz xalq olaraq bizim milli kimliyimiz, mənəvi dəyərlərimizdir. O da vurğulanıb ki, "Qiyaməddinli və Gələbədin igidləri" adlı film sənədli filmin ölkədə fəaliyyət göstərən bir çox televiziya kanalları tərəfindən yayımlanması nəzərdə tutulur.
Sonda bir daha filmin ərsəyə gəlməsində rayon rəhbərliyinə, o cümlədən zəhməti keçən hər kəsə dərin minnətdarlıq ifadə olunub.


.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.