Azərbaycan şahmatçıları dünya çempionu oldular
İtaliyanın Montesilvano şəhərində 14, 16 və 18 yaşa qədər oğlan və qızlar arasında keçirilən Dünya Şahmat Çempionatının final mərhələsi başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, 14 yaşa qədər qızlar turnirinin lideri Zəhra Allahverdiyeva çempionluq titulunu vaxtından əvvəl təmin edib.
11-ci turda o, türk şahmatçısı Tuana Abakla heç-heçə edib və 9 xalla Dünya Çempionatının qızıl medalını qazanıb.
16 yaşa qədər yaş kateqoriyasında yarışan Haqan Əhməd Azərbaycan üçün ikinci qızıl medalı qazanıb. Turnir boyu inamlı oynayan 14 yaşa qədər Avropa çempionu final mərhələsində FİDE nümayəndəsi Qleb Şeqlovu məğlub edib. 11 turdan sonra 9,5 xalla Haqan Əhməd karyerasında ilk dəfə dünya çempionu olub.
Qeyd etmək lazımdır ki, 83 ölkədən 750-dən çox şahmatçının qatıldığı Dünya Çempionatında Azərbaycan şahmatçıları iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq və onların şərəfinə Azərbaycanın Dövlət Himni səsləndiriləcək.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.