Beynəlxalq Gimnastika Federasiyası idmançıların podiumda davranış qaydalarına sərtləşdirilib
Beynəlxalq Gimnastika Federasiyası Mükafatlandırma Mərasimlərində İdmançılar üçün Davranış Qaydalarını etik standartların pozulmasına görə cəzalar müəyyən edən iki yeni maddə ilə tamamlayıb.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Sənəddə 13 və 14-cü maddələr yer alır. Birincisi aşağıdakı qaydaları müəyyən edir:
- kürsüdə siyasi, dini və ya irqi təbliğatın tamamilə qadağan edilməsi;
- siyasi, dini və ya irqi simvolların, işarələrin, mesajların, bannerlərin, geyimlərin və ya jestlərin nümayiş etdirilməsi, geyinilməsi və ya istifadə edilməsi;
- Dünya Gimnastikası tərəfindən təsdiq edilmiş rəsmi milli bayraqlardan başqa hər hansı bayraqların istifadəsi.
14-cü maddə 13-cü maddənin pozulmasına görə sanksiyalar müəyyən edir və diskvalifikasiya, nəticələrin ləğvi və medalların və titulların müsadirə edilməsi də daxil olmaqla ciddi intizam pozuntusu kimi qiymətləndirilir.
Milli federasiyalar idmançılarının qaydalara riayət etməsinə tam məsuliyyət daşıyırlar və pozuntular federasiyaya qarşı intizam və maliyyə tədbirlərinin görülməsinə səbəb ola bilər.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.