Ağcabədidə Dövlət Qulluqçularının Peşə Bayramı təntənə ilə qeyd olundu +FOTO=60
İyunun 23-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin birgə təşkilatçılığı ilə "Dövlət Qulluqçularının Peşə Bayramı Günü"nə həsr olunmuş təntənəli tədbir keçirilib. Rayon Gənclər Mərkəzində baş tutan bayram proqramında rayon rəhbərliyi, dövlət qulluğu veteranları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və regional dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, dahi rəhbərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Gənclər Mərkəzində davam edən tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məruzə və çıxışlara start verilib.
Yubiley proqramında çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Hafiz Hüseynov dövlət qulluqçularının peşə bayramının əhəmiyyətini xüsusi vurğulayıb. O, ölkənin inkişafında və dövlət idarəçiliyində bu sahədə çalışan şəxslərin böyük rolu olduğunu qeyd edib.
Ağcabədi bələdiyyəsinin sədr müavini Qurban Babayev, aparıcı məsləhətçi İlahə Qasımova və Rayon Statistika İdarəsinin baş məsləhətçisi Röyal Ömərov ölkədə dövlət qulluğu sisteminin formalaşması tarixi, həyata keçirilən kadr islahatları və bu sahədə qazanılan uğurlardan geniş bəhs ediblər.
Tədbirdə yekun nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. Natiq öz çıxışında Azərbaycanda dövlət aparatının möhkəmləndirilməsi, idarəçilik ənənələrinin inkişafı və dövlət qulluqçularına göstərilən ali diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Sonda xidməti fəaliyyətində xüsusi fərqlənən bir qrup əməkdaş Rayon İcra Hakimiyyətinin "Fəxri Fərman"ı və hədiyyələrlə mükafatlandırılıb.
Tədbir dövlət qulluğu veteranlarına xüsusi hədiyyələrin təqdim olunması və çay süfrəsi arxasında səmimi söhbət ilə yekunlaşıb.


.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)

.jpg)

.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.