"Real Madrid"in dəyəri rekord həddə - 9,5 milyard dollara çatdı
"Real Madrid" "Forbes" jurnalının dünyanın ən dəyərli futbol klubları reytinqində ardıcıl beşinci ildir ki, birinci yerdədir.
Madrid klubunun dəyəri ötən ilki 6,75 milyard dollardan 41% artımla 9,5 milyard dollar olaraq qiymətləndirilir.
"Barselona" 7,5 milyard dollar dəyərində ikinci, "Mançester Yunayted" isə 7,2 milyard dollar dəyərində ilk üçlüyü tamamlayır.
İlk onluğa həmçinin "Liverpul", "Paris Sen-Jermen", "Bayern Münhen", "Mançester Siti", "Arsenal", "Çelsi" və "Tottenhem Hotspur" da daxil idi.
Forbes siyahısına ümumi dəyəri 87 milyard dollar olan 30 futbol klubu daxil edilib. Komanda başına orta dəyər 2,9 milyard dollar olub ki, bu da əvvəlki ilə nisbətən 21% çoxdur.
Siyahıda ən böyük təmsilçilik İngiltərə Premyer Liqasında olub - 11 klub. MLS-də yeddi komanda, Seriya A-da isə dörd klub var.
Qeyd edək ki, siyahının lideri mövsümü kuboksuz başa vurub. Real Madrid İspaniya liqasında ikinci yeri tutub və həmçinin Kral Kubokunu və UEFA Çempionlar Liqasını dörddəbir finalda tərk edib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.