Şuşada Aykido və Azərbaycan milli rəqsləri birləşdirilib
Şuşada aykido və Azərbaycan milli rəqs elementlərini özündə birləşdirən xüsusi proqram təqdim olunub.
"Azərbaycan-Yaponiya Aykido və Mədəniyyət Mübadiləsi Layihəsi 2026" Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Qarabağ Təhsil Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilib.
Layihə çərçivəsində Qarabağa yapon aykido ustası, diaspor nümayəndəsi və Tanabe Bələdiyyəsi Beynəlxalq Mübadilə Mərkəzinin mədəniyyət koordinatoru Junichi Gomita Sensei, Azərbaycan aykido mütəxəssisləri Minara Şükürova, Azərbaycan Mugenryu Kobudo İdman Klubunun sədri Bəxtiyar Zeynalov və beynəlxalq xoreoqraf və baletmeyster Lalə Aslanova səfər ediblər.
Səfər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənib.
Şuşada təşkil edilən proqram aykido məşqlərini Azərbaycan milli rəqs elementləri ilə birləşdirib.
Layihənin əsas məqsədi Azərbaycan və Yaponiya arasında idman və mədəni əlaqələri gücləndirmək, eləcə də Qarabağı beynəlxalq mədəni mübadilə platforması kimi tanıtmaqdır.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.