Ronaldonun kartı rekord həddə - 1,35 milyon dollara satıldı
"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun nadir kolleksiya kartı hərracda rekord məbləğə satılıb.
Ronaldonun "Yuventus"da oynadığı dövrdə buraxılmış 2018-ci il üçün eksklüziv Panini Kaboom kartı 1,35 milyon dollara satılıb.
Bu, portuqaliyalı futbolçunun kartı üçün indiyə qədər ödənilən ən yüksək qiymətdir.
Satış həmçinin futbol kartı üçün indiyə qədər ikinci ən yüksək qiymət olub. Rekord hələ də Lionel Messinin debüt kartına məxsusdur və kart 1,5 milyon dollara satılıb.
Əfsanəvi Pelenin kartı 1,33 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
Cəmi iki gün əvvəl, 22 mayda eyni kart Ronaldonun kartları üçün rekord qıraraq 420.000 dollara satılıb. Lakin yeni müqavilə nadir kartın dəyərini üç dəfədən çox artırıb.
Bu unikal yaşıl kart təkrarolunmaz bir məhsuldur və Professional Sports Authenticator tərəfindən ən yüksək PSA 10 dərəcəsinə layiq görülüb ki, bu da onun təmiz vəziyyətini göstərir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.