Azərbaycan cüdoçuları Avropa Kubokunda daha beş medal qazandılar
Polşanın Belsko-Byala şəhərində keçirilən Avropa Gənclər Cüdo Kuboku başa çatdı.
Yarışın son günündə Azərbaycan komandası hesabına daha beş medal əlavə etdi.
Cüdoçularımız iki gümüş və üç bürünc medal qazandılar.
İkinci yeri tutan Sadiq Məmmədov (73 kq) və Ayxan Həsənli (81 kq) gümüş medal qazandılar.
Yusif Nəzər (73 kq), Yaqub Məmmədov (81 kq) və Nurəddin Əliyev (90 kq) fəxri kürsüdə üçüncü yeri tutaraq bürünc medal qazandılar.
Xatırladaq ki, yarışın ilk günündə İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) turnirin qalibi, İlkin Qarayev (66 kq) və Zəhra Quliyeva (40 kq) gümüş medal, Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq) və Pərvin Sevxanlı (44 kq) isə bürünc medal qazandılar.
Azərbaycan komandası turniri iki qızıl, dörd gümüş və yeddi bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.