Üç Azərbaycan güləşçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Bolqarıstanın Samokov şəhərində keçirilən 17 yaşadək güləşçilər arasında Avropa güləş çempionatı davam edir.
Üç sərbəst güləşçimiz qitə çempionatının finalına vəsiqə qazanıb.
Hüseyn Rzazadə rusiyalı Asilder Asluyevi 10-0 hesabı ilə inamla məğlub edərək turnirin final mərhələsinə vəsiqə qazanıb. Rəşid Nəzərov həmçinin fransalı Saşa Oberi 10-0 hesabı ilə məğlub edərək qısa qələbə qazanıb.
Nihad Süleymanlı da gərgin keçən görüşdə rusiyalı Rəcəb Rəcəbovu 2-0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Abbas Şəfiyev isə yarımfinalda Ermənistan təmsilçisi Suren İşxanyana 4-15 hesabı ilə məğlub olub və indi bürünc medal uğrunda mübarizə aparacaq. Yarımfinalda gürcü Murtaz Baqdavadzeyə 0:3 hesabı ilə məğlub olan Hakim Tağıyev də üçüncü yer uğrunda mübarizə aparacaq.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.