Tennisçilərimiz Daşkənddə yarışacaqlar
13-16 May günlərində Özbəkistanin paytaxtı Daşkənddə yeniyetmə və gənclər arasında stolüstü tennis üzrə ənənəvi "WTT Youth Contender" beynəlxalq turnir keçiriləcək. 4 gün davam edəcək turnirdə Azərbaycan yığması da iştirak edəcək. ASTF-dən verilən məlumata görə ölkəmiz turnirdə baş məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərov və məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında 11 idmançı ilə təmsil olunacaq.
Bu 11-likdə qızlardan Yağmur Məmmədli, Yasəmən Həbibova,Mehin Mirzebalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli və Gülnar Kərimli, oğlanlardan isə Onur Quluzadə, Cəfər Alməmmədli, Ələkbər Mirzəliyev və Camal Kərimli yer alıb.
Qeyd edək ki, turnirdən sonra tennisçilərimiz Daşkənddə təşkil ediləcək bir həftəlik təlim-məşq toplanışına (TMT) qatılacaq.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.