17 yaşadək güləşçilər arasında Avropa çempionatında 28 Azərbaycan güləşçisi mübarizə aparacaq
11-17 may tarixlərində Bolqarıstanın Samokov şəhərində keçiriləcək 17 yaşadək güləşçilər arasında Avropa Çempionatında iyirmi səkkiz Azərbaycan güləşçisi mübarizə aparacaq.
Yunan-Roma güləşçiləri qitə çempionatında ilk olaraq mübarizə aparacaqlar. Baş məşqçi Rafiq Hüseynov və məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında aşağıdakı güləşçilər mübarizə aparacaqlar: Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Əli Məmmədov (71 kq), Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq) və Məhəmməd Mustafayev (110 kq).
Daha sonra qadın güləşçilər çıxışlarını davam etdirəcəklər. Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gülxanım Şirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva (61 kq), Nuray Həsənli (65 kq) və Simura Abdullayeva (65 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Sərbəst güləşçilər turnirin final mərhələsində döşək üzərinə çıxacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərlik etdiyi komandanı yarışda Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rahid Nəzərov (60 kq), Rahid Nəzərov (60 kq), Gülnar Nəzərov (16), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq), Hakim Tağıyev (110 kq).
Yarış Samokov Arenada keçiriləcək. Gündüz sessiyası Bakı vaxtı ilə saat 11:30-da, axşam sessiyası isə saat 19:00-da başlayacaq.
Qeyd etmək lazımdır ki, Avropa çempionatında birinci dərəcəli Azərbaycan hakimləri Qabib Nurulu, Zaur Şərifov və Eldar Bayramov da hakimlik edəcəklər.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.