Masallı taekvondoçularının Gürcüstan uğuru
1 qızıl, 3 bürünc medal
Masallı taekvondoçuları beynəlxalq arenada uğurlu çıxış edərək aktivlərinə 1 qızıl və 3 bürünc medal yazdırıblar.
Gürcüstanda keçirilən “Georgian Liga Open” beynəlxalq turnirində iki gün (2–3 may) davam edən gərgin və rəqabətli qarşılaşmalar yekunlaşıb. Yarışda Azərbaycanı Masallı Taekvondo Klubunun idmançıları təmsil edib və onlar tatami üzərində yüksək döyüş əzmi nümayiş etdiriblər.
Komanda turniri 1 qızıl və 3 bürünc medalla başa vuraraq ümumi nəticədə uğurlu çıxışla yadda qalıb. Kiçik yeniyetmələrin mübarizəsində Ayan Əliyeva (27 kq) bütün rəqiblərini üstələyərək çempion adına layiq görülüb. Eyni yaş qrupunda Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) yarımfinal mərhələsinə qədər irəliləyərək bürünc medala sahib olublar.
Yeniyetmələr arasında keçirilən görüşlərdə isə Zaur Rəsulzadə (45 kq) uğurlu çıxışı ilə seçilərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, Masallı taekvondoçuları beynəlxalq turnirdə qazandıqları medallarla həm fərdi ustalıqlarını, həm də komanda potensialını bir daha nümayiş etdiriblər.
Akif AĞAYEV










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.