Üç qadın güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq
Albaniyanın paytaxtı Tiranada kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən 4-cü günü daha 3 qadın güləşçilərimiz mübarizəyə qatılıb.
AGF-dən verilən məlumata görə, hər üç güləşçimiz çempionluq şansını itirsə də, bürünc medal uğrunda görüşə çıxmaq imkanı əldə edib.
57 kq çəkidə güləsən Jalə Əliyeva startda irlandiyalı Yenna Hemiaeyə "tuş"la qalib gəlsə də, 1/2 finalda türkiyəli Elvira Kamaloqluna uduzub - 2:6. Jalə sabah bürünc medal uğrunda görüşə çıxacaq.
62 kq-da döşək üzərinə çıxan Ruzanna Məmmədova 1/8-də Ukrayna təmsilçisi İlona Prokonevniuka qalib gəlsə də (10:0), 1/4 finalda rusiyalı Alına Tandelovaya uduzub - 0:5. Sabah o da üçüncülük uqrunda döşək üzərinə çıxacaq. Onun rəqibi alman Naemi Laysten olacaq.
65 kq çəki dərəcəsində çıxış edən Birgül Soltanovaya gəlincə, startda rəqibini 3:1 hesabla məqlub edən güləşçimiz 1/2 finalda büdrəyib. Birgül bu mərhələdə rusiyalı Amina Kalabiyevlə görüşün əvvəlində hesabda 8:0 irəlidə olsa da, sonda minimal hesabla uduzub - 10:11.
Birgül sabah bürünc medal əldə etmək üçün türkiyəli Beyza Akkuşla güləşəcək.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.