Nicat Abbasovla Aydın Süleymanlı AÇ-da medal qazanıblar
Polşanın Katovitse şəhərində kişilər arasında şahmat üzrə keçirilən və Dünya Kubokuna seçmə xarakteri daşıyan şəxsi Avropa çempionatına aprelin 19-da baş tutan 19-cu turla yekun vurulub. Çempionatı Azərbaycan üçün uğurlu hesab etmək olar. Belə ki, biri qadın olmaqla çempionata qatılan 14 sahmatcimizdan ikisi çıxışını mükafatçılar sırasında bitirməklə medal (gümüş və bürünc), üçü isə ilk 20-likdə (2-4-cu yerlər) yer almaqla Dünya Kubokunda iştirak etmək hüququ qazanıb. AŞF-dən verilən məlumata görə, İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və 43 ölkəni təmsil edən 502 zəka sahibinin mübarizə apardığı çempionatın qalibi adını ukraynalı Roman Deqityarov qazanib. Çıxışını 8,5 xalla bitirən Azərbaycan şahmatçıları - Nicat Abbasov, Aydın Süleymanlı və son Azərbaycan çempionu Məhəmməd Muradlı isə müvafiq ardıcıllıqla çempionatda 2, 3 və 4-cu yeri tutub.
Bununla da da hər üç şahmatçımız reqlamentə uyğun olaraq, Dünya Kubokunda oynamaq hüququ qazanıb (ilk 20-likdə yer aldıqları üçün).
Xatırladaq ki, 2000-ci ildən etibarən keçirilən bu yarışda ilk medal qazanan Azərbaycan şahmatçısı Teymur Rəcəbov olub. O, 2005-ci ildə ikinci yeri tutmaqla gümüş medala yiyələnib.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.