Finalda "Xilasedici" ilə "ORDU" qarşılaşacaq
Kişi voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələnin cavab oyunları keçirilib. Qeyd edək ki, aprelin 7-də keçirilən ilk oyunlarda olduğu kimi, FHN-in idman zalında baş tutan bu oyunlarda da "Xilasedici" ilə "ORDU" klubu qalıb gələrək adlarını finala yazdırıblar.
Oyunların nəticəsi belə olub:
"Xilasedici" - "Murov Az Terminal" - 3:0 (25:19, 25:19, 25:22);
"Neftçi" - "ORDU" - 2:3 (25:22,24:26, 25:23, 26:28, 14:16).
Aprelin 7-də baş tutan oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
"Murov Az Terminal" - "Xilasedici" - 0:3 (20:25, 18:25, 18:25);
"ORDU" - "Neftçi" - 3:0 (25:12, 25:14, 25:16).
Beləliklə, çempionatın finalında "Xilasedici" ilə "ORDU" klubu, üçüncü yer uğrunda isə "Neftçi" ilə "Murov Az Terminal" üzləşəcək.
Oyunlar aprelin 18-də Bakı Voleybol Mərkəzində keçiriləcək. Saat 13:00-da üçüncü yer uğrunda, saat 16:00-da isə final oyunu başlayacaq.
Aprelin 19-da isə eyni məkanda qadınlar arasında üçüncü yer uğrunda (saat 13:00-da) "Milli Aviasiya Akademiyası" - "Gəncə" oyunu, 16:00-da isə 'Turan"la 'DH Volley" arasında həlledici final matçı keçirəcək.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.