Boksçuların "Böyük İpək Yolu"nda yarımfinalçılar müəyyənləşib
Bakı Boks Mərkəzində kişi və qadın boksçular arasında keçirilən ənənəvi "Böyük İpək Yolu" turniri finişə yaxınlaşır. Dünən turnirdə 1/4 final mərhələsinin döyüşləri keçirilib.
ABF-dən verilən məlumata görə, Azərbaycan yığmasının 19 üzvü yarımfinala yüksəlib. Bununla da onlar ən azından bürünc medalı özlərinə təmin ediblər.
Bu gün finala çıxış döyüşləri keçiriləcək.
Xatırladaq ki, iki qadın boksçumuz - Günel Rəhimova (51 kq) və Emilii Rzayeva (65 kq) artıq çıxışını üçüncü yerdə bitirməklə, bürünc medal qazanıb.
Sabah turnirə həlledici final döyüşləri ilə yekun vurulacaq.
Yeri gəlmişkən, turnirdə 10 ölkəni (Azərbaycan, Avstraliya, Əlcəzair, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Bolqarıstan, Macarıstan, Türkiyə və Moldova) təmsil edən 126 boksçu mübarizəyə qatılıb. Qadınlar 4, kişilərsə 10 çəki dərəcəsində çıxış edirlər.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.