08 sentyabr 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Avropa Hüquq İnstitutu ilə HEQT Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb +FOTO=5

Avropa Hüquq İnstitutu ilə HEQT Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb +FOTO=5

Birol Akgün: "Türkiyə və Azərbaycan sadəcə dost və qardaş deyil..."

Birol Akgün: "Türkiyə və Azərbaycan sadəcə dost və qardaş deyil..."

İlham Əliyev Corcia Melonini təbrik etdi

İlham Əliyev Corcia Melonini təbrik etdi

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

Daha 2 nəfər Rusiyadan ölkəmizə ekstradisiya edildi

Daha 2 nəfər Rusiyadan ölkəmizə ekstradisiya edildi

Neft kəmərində yanğın törədən 2 nəfər saxlanıldı

Neft kəmərində yanğın törədən 2 nəfər saxlanıldı

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Narkotikin təsiri altında maşın idarə edən sürücü həbs edildi

Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb

Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Mədəniyyət
Mədəniyyət

İtaliyada Azərbaycan ənənələri və təsviri sənətin mədəni dialoqu

5 ay əvvəl 133 01

İtaliyada Azərbaycan ənənələri və təsviri sənətin mədəni dialoqu

Müasir dövrdə milli-mədəni dəyərlərin beynəlxalq müstəvidə təqdimatı incəsənətin ən mühüm missiyalarından biridir. Bu prosesdə sərgilər mədəni dialoqun formalaşmasında xüsusi rol oynayır. 22–23 mart 2026-cı il tarixlərində İtaliyanın Cassine (AL) şəhərində, XVII əsrə aid tarixi “Palazzo Mandrilli” binasında fəaliyyət göstərən Sən1Sən Beyin Mərkəzinin Qalereyasında keçirilən “Novruz Festivalı” da məhz bu missiyanı özündə ehtiva edən mühüm mədəni hadisə kimi diqqət çəkir.
Azərbaycanın milli bayramı olan Novruzun beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyan festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə təşkil olunmuşdur. Layihənin əsas məqsədi İtaliya ictimaiyyətini Novruzun fəlsəfəsi, onun mənəvi-ruhani mahiyyəti və Azərbaycan incəsənətinin zəngin ənənələri ilə tanış etmək olmuşdur. Bu baxımdan festival yalnız sərgi xarakteri daşımamış, eyni zamanda mədəni diplomatiyanın incəsənət vasitəsilə həyata keçirilməsinin uğurlu nümunəsi kimi çıxış etmişdir. Festivalın açılış mərasimində Cassine şəhərinin meri Carlo Felice Maccario, İtaliya-Azərbaycan Ticarət Palatasının Milan ofisinin rəhbəri İrina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak etmişlər. Rəsmi qonaqların çıxışlarında Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin inkişafı, incəsənətin xalqları birləşdirən universal dil olması və Novruzun humanist dəyərləri xüsusi vurğulanmışdır.
Novruz Festivalı çərçivəsində təşkil olunan sərgilər öz konseptual yanaşması və tematik müxtəlifliyi ilə seçilmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərlərindən ibarət olan “Kontrast”, “Sabahın izləri” və “İşığa doğru” adlı sərgiləri müasir Azərbaycan təsviri sənətinin ideya-estetik axtarışlarını nümayiş etdirmişdir. Bu sərgilərdə təqdim olunan əsərlər rəng, forma və kompozisiya həllində fərdi yaradıcılıq üslublarını əks etdirməklə yanaşı, milli-mədəni və çağdaş bədii düşüncə arasında harmoniyanı əks etdirmişdir.
Festival çərçivəsində keçirilən “NovruzFest” və “Sərhədsiz rənglər” adlı qrup sərgiləri isə uşaq rəssamların və açıq çağırış əsasında seçilmiş Azərbaycanlı sənətkarların yaradıcılıq nümunələrini əhatə etmişdir. Bu sərgilər xüsusilə diqqətəlayiq olmaqla yanaşı, incəsənətin yaş və coğrafi sərhədlər tanımadığını, bədii düşüncənin universallığını və Novruzun birləşdirici ruhunu nümayiş etdirmişdir. Uşaq yaradıcılığında müşahidə olunan saflıq duyğuları, rənglərin əlvanlığı və mövzuya yanaşmanın səmimiliyi festivalın ümumi atmosferinə xüsusi dinamika qatmışdır.
Palazzo Mandrilli qalereyasının artıq 19-cu dəfə Azərbaycan incəsənətinə həsr olunmuş sərgiyə ev sahibliyi etməsi Piemont regionunda mədəni əməkdaşlığın davamlı xarakter aldığını göstərir. Bu məkan tədricən İtaliya ilə Azərbaycan arasında incəsənət körpüsünə çevrilərək, mədəni diplomatiyanın effektiv platforması kimi fəaliyyət göstərməkdədir. Burada təşkil olunan sərgilər yalnız bədii təqdimat deyil, həm də milli dəyərlərin Avropa məkanında təbliği, qarşılıqlı anlaşma və mədəni inteqrasiyanın inkişafına xidmət edir. Novruz Festivalının İtaliya ictimaiyyəti və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanması Azərbaycan incəsənətinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Festival bir daha sübut etdi ki, incəsənət xalqları birləşdirən, mədəni sərhədləri aradan qaldıran və milli kimliyi qlobal müstəvidə təqdim edən ən təsirli vasitələrdən biridir.
Beləliklə, Cassine şəhərində keçirilən “Novruz Festivalı” Azərbaycan incəsənətinin Avropa məkanında uğurlu təqdimatı olmaqla yanaşı, milli-mədəni dəyərlərimizin beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Bu cür layihələr mədəniyyətlərarası dialoqu gücləndirməklə, Azərbaycan incəsənətinin bütün dünyada layiqli yer tutmasına xidmət edir və gələcək beynəlxalq sərgilər üçün güclü zəmin yaradır.

Ziyarət Cabarova Qəhrəmanova
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xeyransa İsmayılova: Sivilizasiyanın başladığı məkan: Niyə hər kəs Şanlıurfanı görməlidir?

Xeyransa İsmayılova: Sivilizasiyanın başladığı məkan: Niyə hər kəs Şanlıurfanı görməlidir?

John Doe 22 saat əvvəl

Bakıda Şanlıurfa Mədəniyyət Günlərinin açılışı oldu +FOTO=25

Bakıda Şanlıurfa Mədəniyyət Günlərinin açılışı oldu +FOTO=25

John Doe 2 gün əvvəl

Bakıda Şanlıurfanın zəngin tarixi və mədəni irsi təqdim olunacaq

Bakıda Şanlıurfanın zəngin tarixi və mədəni irsi təqdim olunacaq

John Doe 3 gün əvvəl

Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələr Bakıda musiqi vasitəsilə araşdırılırdı - FOTOLAR

Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələr Bakıda musiqi vasitəsilə araşdırılırdı - FOTOLAR

John Doe 1 həftə əvvəl

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

John Doe 3 həftə əvvəl

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

John Doe 4 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Corcia Melonini təbrik etdi

İlham Əliyev Corcia Melonini təbrik etdi

4 sentyabr 2026 12:19:30
• Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi}

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

3 sentyabr 2026 14:06:00
• İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdə çıxışı +VİDEO ,FOTO=26}

İlham Əliyevin “ŞƏT plyus” formatında görüşdə çıxışı +VİDEO...

1 sentyabr 2026 23:12:32
• İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü +VİDEO, FOTO=5}

İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü +VİDEO...

1 sentyabr 2026 22:17:29
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com