Güləşçilərimiz "Tallin Open-2026"-da 5 medal qazanıblar
Estoniyanın paytaxtı Tallində 17 yaşlı yeniyetmə qızlar arasında güləş üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı ənənəvi "Tallin Open-2026" beynəlxalq turnirə yekun vurulub.
AGF-dən verilən məlumata görə, böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında bu turnirə 7 idmançı ilə qatılan Azərbaycan yığması çıxışını 5 (1-3-1) medalla başa vurub. Qızıl medalı keçirdiyi 7 görüşün hamısında qalib gələn Fatima Bayramova (53 kq) qazanıb. Gümüş medallar yalnız həlledici finalda büdrəyən Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayevanın (69 kq), yeganə bürünc medal isə Xədicə Qurbanzadənin (49 kq) aktivinə yazılıb.
Qeyd edək ki, turniri uqurla başa vuran millimiz Tallində təşkil edən beynəlxalq təlim-məşq toplanışına (TMT) qatılıb. Aprelin 1-dək davam edəcək TMT qarşıdakı Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.