25 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İran prezidenti qonşu ölkələrə müraciət edib

İran prezidenti qonşu ölkələrə müraciət edib

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Kərim Kərimli: QƏRİBƏ ADAM

1 saat əvvəl 22 01

Kərim Kərimli:

QƏRİBƏ ADAM

...Şuşanın işğalından sonra Bakıya getməyə məcbur oldum.

Orada “Qarabağ” və “Şimali Azərbaycan” qəzetlərində işlədiyim vaxtlarda Seyran Səxavət tez-tez “Azərbaycan” nəşriyyatının 2-ci mərtəbəsində “Bərəkət” qəzetinin redaksiyasında olurdu. Açığı heç bilmirdim orada işləyir, yoxsa elə-belə Vaqif Bəhmənlinin yanına gəlib-gedr.

Bir gün onun yanına getdim. Ondan müsahibə almaq istədiyimi bildirdim. Mənim başa düşmədiyim bir cavab verdi və mən ondan incidim.

Cavab belə idi:

– Sizin ən qəliz suallarınıza cavab verməyə hazıram!

Mən onu başa düşmədim, çünki heç bir halda Seyran Səxavət mənimlə “Siz” deyə danışmamalı idi. Yox, əgər belə danışırdısa, deməli, sadəcə olaraq məni tanımayıb. Hər iki halda mənim xətrimə dəyirdi. Ona görə də iraq böyüklüyündən “hərcayı” sözə yağlıvəndli kimi “mərcayı” cavab vermək qərarına gəldim.

Onun “Sanatoriya” povestindəki Mərdan yadıma düşdü.

Povestin, demək olar ki, hər səhifəsində ibrətamiz ifadələr var, ancaq mən həmin anda Seyran müəllimlə söhbət edərkən yadıma düşən yerini yada salmaq istəyirəm.

Deməli, Mərdan gedir sanatoriyaya və orada həkimlə görüşür. Bu görüş zamanı çox söhbət olur, amma mənim dediyim budur:

“ ...Həkim Mərdandan soruşdu:

– Siz neçə vaxtdır buradasınız?

Mərdan elə bildi ki, həkim onun arxasındakı adamla danışır. Çönüb dalına baxdı, arxasında heç kəs yox idi. Təzədən həkimə baxdı, elə bildi həkimin gözləri çəpdir, yanındakı adamla danışır, amma gözləri ona zillənib. Yan-yörəsinə baxdı, yanında da heç kəs yox idi. Mat-mat həkimin üzünə baxıb soruşdu:

– Siz dediniz? Siz mənə dediniz?..”

Və mən də eynən Mərdan kimi ətrafıma baxıb, soruşdum:

– Kimin?

Bir anlıq duruxdu və yenidən cavab verdi:

– Ən qəliz suallara cavab verə bilərəm!

– Bəs axı deyirsiniz “Sizin”?

İkimiz də güldük.

Qolunu boynuma salıb saçımdan öpdü.

Buna baxmayaraq, onun o zaman məni tanıyıb-tanımadığına hələ də əmin deyiləm. Amma müsahibədən vaz keçdim.

...Və indiyədək də baş tutmayıb...

...Haqqında danışdığımız Qaçay müəllim (sənəddə adı Ağayardır) Seyran Səxavətin sinif yoldaşıdır. Onunla yanaşı həmin sinifdə həmin Qoruqçu Şükürün prototipi olan Şükür kişinin qızı Ana, sonralar kimya müəllimi olan, mənim xalam oğlu Bəylər, mühəndis olan Eyvaz, rus dili müəllimi olan Eyzangül xanım, mühasib olan Əzizgül xanım və başqaları da oxumuşdu.

Mən evlənəndən bir müddət sonra Seyran Səxavətlə Bakıdakı görüşlərimizdən birində soruşdu:

– Əmoğlu, yoldaşın haralıdı?

– Yağlıvənddən.

– Kimlərdəndi?

– Qədirlilərdən, Vətənin qızıdı.

– Bıy, əmoğlu, mənim bacım qızın almısan ki!

– Necə yəni?

– Sənin qaynanan Əzizgül mənim sinif yoldaşım olub, 10 il bir partada oturmuşuq, bacı-qardaş olmuşuq.

Bu tanışlığımızın davamı idi...

Amma qardaşım Arzumanla eyni məzmunlu söhbət daha maraqlı idi.

Bir dəfə haradansa bazarlıq edib qardaşımgil yaşayan yataqxanaya qayıdırdıq. Seyran müəllim təsadüfən çıxdı qarşımıza. Çox mehriban görüşdük. Hal-əhval tutandan sonra Arzuman yanımızda dayanan həyat yoldaşını təqdim edərək həm Seyran Səxavətin əsərlərinin, həm də Yağlıvəndin “dili”nə him edərək:

– Arvadımdı, – dedi.

– Kimlərdəndi? – işarəni göydə tutan yazıçı gülümsəyərək soruşdu.

– Qatıqsatanlardan, – deyə Arzuman gülə-gülə cavab verdi.

İkisi də qəhqəhə çəkdi.

Əlbəttə, Seyran Səxavətin yerinə kim olsaydı, yəni hansı yazıçı olsaydı və küçədə rastlaşdığı oxucu onun əsərinə işarə etsəydi, o da sevinərdi. Arzuman məşhur yazıçının məşhur "Bir kisə kartof" hekayəsinə işarə edirdi.

Həmin hekayədə əsərin qəhrəmanı oğlunu qatıqsatanlardan qız istədiyinə görə qınayaraq danlayır: “Sabah-birigün camaat soruşanda ki, Abdullanın oğlu haranın qızını alıb? Deyəcəklər ki, qatıqsatanların qızını! Orda qatıq, burda qatıq, hər yer qatıq... Bizim qapımızdan həmişə at kişnərtisi gəlib, indi qatıq iyi gələcək?..” və s.

1996-cı ildə onun 50 illik yubileyi keçirilirdi. Mətin Mirzə adlı bir gənc tribunaya qalxdı. Dedi ki, hər kəsin bir atası olur. Mənim isə iki atam var. Onlardan birincisi mənim bioloji atam, hamınızın tanıdığınız Mikayıl Mirzədir. İkinci və mənəvi atam isə Seyran Səxavətdir. O, hələ heç kimin tanımadığı cavan bir uşağın altı hekayəsini birdən “Ulduz” jurnalında çap etmişdi. Bu ilk hekayəsi çap olunan gəncə tarixdə misli görünməyən bir etimad idi. Bax, o gənc mənəm və ona görə də Seyran Səxavəti özümün mənəvi atam hesab edirəm.

Xalq artisti Afaq Bəşirqızı isə mikrofonu götürərək “Buradan möhtərəm prezidentimizə müraciət edirəm. Möhtərəm prezident, Seyran Səxavət Xalq yazıçısı adına layiqdir, xahiş edirəm ki, onun bu adını verəsiniz” dedi.

Qeyd edim ki, onda hələ yazıçının “Bəhanə”si, “Nekroloq”u, “Yəhudi əlifbası”, “Qaçhaqaçı” (I və II kitab) , iki cildlik “Seçilməmiş əsərləri” və s. yaranmamışdı.

Tanışlığımız isə hələ davam edirdi...

2000-ci illərin əvvəli idi. O zaman Hökumət evinin yaxınlığındakı Beynəlxalq Mətbuat Mərkəzində tez-tez keçirilən tədbirlərin birindən çıxıb aşağı – həyətə düşəndə gördüm ki, məşhur yazıçı Seyran Səxavət siqaretin kötüyünü çeynəyə-çeynəyə var-gəl edir. Yaxınlaşdım, görüşdük. Gördüm ki, bulud kimi dolub, himə bənddi. İstədim fikrini dağıdam. Torpağı sanı yaşasın, rəhmətlik Xanəhməd oğlu Famil əmisi kimi ağzımı açmağa qoymadı. Birbaşa “hücuma” keçdi:

– Kərim, Mədinə mamam öldü!

Mədinə mama Seyran Səxavətin atası Əsgər müəllimin əmisi qızıdı. Böyük bəyin gəlinidi. Mədinə xanımın həyat yoldaşı rəhmətlik Əvəz kişinin atası Böyük bəy isə Qarabağ xanlığının banisi Pənahəli xanın nəslindən olan Behbud bəyin oğlu, Qarabağda məşhur adamlardan Şıxalı bəyin, Zəngəzur qəzasının pristavı Həsənalı bəyin qardaşı oğludur.

Mədinə xanımın vəfat etməsini mən təxminən 10 gün əvvəl eşitmişdim. Ailə üzvlərimizdən onun yasına gedənlər də olmuşdu. (Qarabağlılar bütün ölkəyə səpələndiyindən qohum-əqrabanın xeyir-şərinin hamısında iştirak etmək mümkün olmur. Bəzən məcbur olub, qardaşlar arasında kimin hara getməsi barədə məsləhətləşməli olursan.) Ona görə də təəccüb etdim ki, necə ola bilər ki, Mədinə mamanın vəfat etməsini Seyran müəllim indi eşitsin!

Cavab verdim:

– Allah rəhmət eləsin, ay Seyran müəllim, mən bunu neçə gündü...

– Hə, rayondaydım, yeddisini verib gəlmişəm!..

– Seyran müəllim, indi elə çətin zəmanədi ki, ölüm adiləşib, xüsusilə də bədbəxt hadisələr çoxalıb, cavan-cavan adamlar dünyasını dəyişir, nə qədər gəncimiz Qarabağda şəhid olub... Mədinə mama, torpağı nurla dolsun, doxsanı haqlamışdı, dünyanı görmüşdü, “qəriblik”də dəfn olunmaqdan başqa bir dərdi də yox idi...

– Ə, yox e, Mədinə mamam...

Tamam kövrəlib. Ona necə təsəlli vermək barədə düşünməyə macal tapmamış, birdən qolumdan tutdu:

– Kərim, Hilizəni gördüm!

– Hilizə hara, sən hara? – zarafat eləyib könlünü açmaq istədim.

İşarəni yazıçının 1986-cı ildə yazdığı “Madonnanın əri Fərəməz kişi” hekayəsinə vurmaq istəyirəm. Seyran Səxavətin həmin hekayəsinin qəhrəmanı olan Fərəməz kişinin prototipi Hilizənin əri, anamın anasının – nənəmin əmisi oğlu olan rəhmətlik Fərəməz kişidir.

– Ojağın külü, sinif yoldaşımdı dana! – gülümsəyərək sırf yağlıvəndli kimi cavab verdi.

– Yəqin yas yerində görüşmüsünüz.

– Hə, bir də görürəm bir qadın mənə yaxınlaşıb, “Başaa dönüm, ay Seyran, nətərisən?” deyir. Üzünə baxıram, elə bil dünyanın xəritəsidi. İynənin ucu boyda qırışsız yer yoxdu. Heyrətlənirəm. Gülə-gülə qayıdasan ki, tanımadın məni? Deyirəm, yox. Deyir, Hilizəyəm dana, ojağın külü!..

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kərim Kərimli: QƏRİBƏ ADAM

Kərim Kərimli: QƏRİBƏ ADAM

John Doe 1 saat əvvəl

Misirdə V əsrə aid nəhəng bir monastır aşkar edilib

Misirdə V əsrə aid nəhəng bir monastır aşkar edilib

John Doe 21 saat əvvəl

Ququş iranlılara müraciət etdi: Gələn il azad İranda...

Ququş iranlılara müraciət etdi: Gələn il azad İranda...

John Doe 22 saat əvvəl

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

John Doe 23 saat əvvəl

Bakıda Qazaxıstan adət-ənənələri ilə Novruz bayramı qeyd edildi +FOTOLAR

Bakıda Qazaxıstan adət-ənənələri ilə Novruz bayramı qeyd edildi +FOTOLAR

John Doe 4 gün əvvəl

Bakıda Novruz Qazaxıstan milli üslubunda qeyd olundu +FOTOLAR

Bakıda Novruz Qazaxıstan milli üslubunda qeyd olundu +FOTOLAR

John Doe 4 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com