Gəncədə yeniyetmə şahmatçıların ölkə çempionatına start verilib
Bu gün Gəncədə 8-18 (8, 10, 12, 14, 16 və 18) yaşlı yeniyetmə qızlar və oğlanlar arasında şahmat üzrə seçmə xarakterli Azərbaycan çempionatına start verilib.
AŞF-dən verilən məlumata görə, martın 30-dək keçiriləcək bu çempionatda əsas məqsəd muxtəlif yaş qrupları üzrə ölkə yığma komandasının formalaşdırılmasıdır.
Reqlamentə görə, hər yaş qrupunda birinci yeri tutan şahmatçılar ölkəmizi 2026-ci ildə keçiriləcək dünya və Avropa çempionatında, ikinci yerin sahibləri isə yalnız Avropa çempionatında təmsil edəcəklər.
Bir məqamı da qeyd edək ki, 8, 10 və 12 yaşlıların dünya çempionatının formatında edilən dəyişikliyə əsasən bu yarışda yaxşı nəticə göstərən şahmatçılar Dünya Kubokunda iştirak etmək hüququ qazanacaqlar.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.