U-18 və U-21 cüdo yığmamız Masters turnirində birinci olub
Almaniyanın Bremen şəhərində 18 (U-18) və 21 (U-21) yaşlı cüdoçular arasında keçirilən və Azərbaycan cüdoçuların da iştirak etdiyi Beynəlxalq Masters Turniri başa çatıb. ACF-dən (Azərbaycan Cüdo Federasiyası) verilən məlumata görə, ölkəmizin böyük heyətlə qatıldığı bu turnir hər iki komandamız üçün uğurlu olub. Həm 12 (3+2+7) medal qazanan U-21, həm də 15 (4+3+8) medal əldə edən U-18 millimiz turnirdə komanda hesabında birinci yeri tutub.
Turnirdə diqqətçəkən məqamlardan biri isə 21 yaşlıların yarışında 81 kq çəki dərəcəsində çıxış edən üç cüdoçumuzun eyni vaxtda fəxri kürsüyə qalxması olub. Bu çəkidə Cəsur İbadlı birinci, Roman Quliyevlə Mehdi Abbasov isə üçüncü yeri tutub.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.