Pley-offda qarşılaşacaq cütlər müəyyənləşib
Martın 19-da Gəncədəki Olimpiya İdman Kompleksində keçirilən "Gəncə" -"Abşeron" qarşılaşması ilə qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 18-ci tura və yarışların ilkin mərhələsinə yekun vurulub. Görüş ev sahibinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində "Gəncə" yekun turnir cədvəlində 4-cu pilləyə yüksəlib. 18-ci turdan sonra pley-offda üzləşəcək cütlər müəyyənləşib. Reqlamentə görə yekun turnir cədvəlində 1-ci olan sonuncu (8-ci) ilə, 2-ci yerin sahibi 7-ci ilə, 3-cu yer 6-cı ilə, 4-cü isə 5-ci ilə üzləşəcək.
Beləliklə, pley-offda aşağıdakı cütlər qarşılaşacaqlar:
"Turan" (1-ci yer) - "Murov Az Terminal" (8-ci);
"FHN Volley" (2) - "AZERRAİL" (7);
"MAA" (3) - "Abşeron" (6);
"Gəncə" (4) - UNEC (5).
Yeri gəlmişkən, pley-of oyunlarından fərqli olaraq, qızıl və bürünc medal uğrunda olan qarşılaşmalar bir oyundan ibarət olacaq. Pley-off oyunlarına martın 27-də start veriləcək.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.