"Fotoqrafların qış turu" layihəsi Abşeron Milli Parkından start götürdü
11 yanvar Ümumdünya Milli Parklar və Qoruqlar günü ilə əlaqədar Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə həyata keşirilən "Fotoqrafların qış turu" layihəsinin ilk çəkilişləri Abşeron Milli Parkından başladı.
Fotoqraflar gün ərzində parkın ərazisində məskunlaşmış köçəri quşları, təbiət mənzərələrini, Şahdili burnunun ecazkar görüntülərini əks etdirən foto və videolar çəkməyə müvəffəq oldu.
Layihə çərçivəsində, peşəkar və həvəskar fotoqrafları öz sıralarında birləşdirən Azərbaycan Fotoqraflar Birliyinin üzvləri ölkəmizin füsunkar təbiətinin qış mənzələrini lentə alacaq, "Yaşıl dünya naminə həmrəylik" ilində ölkəmizin qorunan təbiət potensialını foto və video görüntülərlə nümayiş etdirəcəklər.
Fotoqrafların səfərləri fevral ayının sonunadək digər milli parklar və qoruqlarda davam edəcək.
Qeyd edək ki, Azərbaycanda 10 milli park və 10 təbiət qoruğu mövcuddur, bu ərazilər meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edir.
Milli parklar və qoruqlar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ölkəmizdə ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.
Mahir Əhmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.