“Səslərimiz Birləşsin” məktəblilərin I Xor Festivalı keçiriləcək
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Yasamal rayon MKS-inin informasiya dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalına start verilir.
Festivalın əsas məqsədi şagirdlər arasında xor mədəniyyətinin inkişaf etdirilməsi, milli musiqi dəyərlərinin təbliği və kollektiv ifa bacarıqlarının formalaşdırılmasıdır.
Bakı şəhəri və regionlarda ümumi təhsil müəssisələrinin musiqi müəllimləri üçün şagirdlərlə xor dərslərinin təşkilinə dair məlumatlandırıcı sessiya və təlimlərin keçirilməsi nəzərdə tutulur. Daha sonra isə təlimlərdə iştirak etmiş müəllimlər tərəfindən dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq. Xor kollektivi formalaşdıran müəllimlər qeydiyyatdan keçərək festivalda iştirak edə biləcəklər.
Xor dərslərinin keçirilməsi qaydalarını əhatə edən 5 – 7 dəqiqəlik videomateriallar hazırlanaraq təqdim olunacaq. Bu təlim və videomateriallar məktəblərdə xor fəaliyyətinin daha sistemli və keyfiyyətli təşkilinə dəstək xarakteri daşıyır.
Xor kollektivləri aşağıdakı yaş qruplarını əhatə edəcək:
• 7 – 10 yaş
• 11 – 14 yaş
• 15 – 18 yaş
Festivalın iki mərhələli seçim turunu uğurla başa vuran 10 xor kollektivi layihənin yekununda keçiriləcək Qala konsertdə səhnə alacaq və mükafatlandırılacaqlar.
Festivala son müraciət tarixi: 15 aprel, 2026-cı il
12 mart saat 14:00-da isə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında musiqi müəllimləri üçün I Xor Festivalı ilə bağlı xüsusi infosessiya keçiriləcək.
Bu görüş sadəcə məlumatlandırma deyil məktəblərimizdə peşəkar və sistemli xor mühitinin formalaşdırılması üçün praktik istiqamətlər təqdim edəcək.
Festivalda iştirak etmək üçün aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmək olar:
https://forms.gle/NTwawXtV89ZcaeM98
Qeydiyyat zamanı hər hansı sual yaranarsa:
Əlaqə nömrəsi: 050-461-57-55
Elektron poçt ünvanı: info@medeniyyetkonulluleri.az


.jpeg)
.jpeg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.