"Mançester Siti" Erlinq Holannla müqaviləni uzatmaq istəyir
"Mançester Siti" klubunun norveçli forvardı Erlinq Holann 2024-cü ilin yayında nə "Real"a, nə də "Barselona"ya trensfer etmək niyyətində olmadığını bəyan edib. "Purple Panel"-in yaydığı məlumata görə, 23 yaşlı forvard elə "şəhərlilər"in heyətində qalmaq istədiyini gizlətməyib. "Mançester Siti" klubu isə futbolçunun bu istəyindən maksimum yararlanmaq istəyir. İngiltərə klubu yaxın günlərdə qüvvədə olan müqaviləni bir qədər də uzatmaq üçün onunla danışıqlara başlamaq niyyətindədir.
Bu arada "Cadena SER" nəşri isə bildirib ki, "Real"ın ingiltərəli gənc forvardı Cud Bellinqem Holannın Madridə transfer etməsində çox maraq göstərir.
Xatırladaq ki, Holann cari mövsümdə 22 oyunda 19 qol və 5 məhsuldar ötürmə ilə fəeqlənib. Bir məqamı da qeyd edək ki, "Transfermarkt" portalının 180 milyon avro civarında dəyərləndirdiyi bu futbolçunun qüvvədə olan müqaviləsi 2027-ci ilin yayında bitəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.