Cüdoçumuz Camal Qamzatxanov Avstriya Qran-Prisində üçüncü yeri tutub
Yığmamız komanda hesabında üçüncü olub
Avstriyanın Lintc şəhərində böyüklər arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli Qran-Priyə martın 9-da yekun vurulub. Turnirin son günündə yiqmamizin aktivinə bürünc əyarlı daha bir medal yazılıb. Söhbət +100 kq çəki dərəcəsində tatamiyə çıxan Camal Qamzatxanovun əldə etdiyi medaldan gedir. O, bürünc medal uğrunda görüşdə gürcüstanlı İrakli Demetraşvilini üstələyib.
Bununla da Azərbaycan yığmasının aktivindəki medalların sayı 4-ə (1-1-2) çatıb. Bu göstərici ilə millimiz ümumi komanda hesabında 59 olkə arasında üçüncü, kişilər arasında isə birinci yeri tutub.
Xatırladaq ki, Qamzatxanovdan öncə Ruslan Paşayev (66 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıb.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.