Güləşçimiz Cəbrayıl Hacıyev Tiranada üçüncü yeri tutub
Albaniyanın paytaxtı Tiranada sərbəst və yunan-Roma güləşi üzrə keçirilən reytinq xarakterli beynəlxalq turnir davam edir. Turnirin ikinci günü daha bir sərbəst güləşçimiz uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət üçüncü yeri tutmaqla bürünc medal qazanan Cəbrayıl Hacıyevdən (79 kq) gedir. Qeyd edək ki, iki qələbədən sonra finala çıxışda büdrəyən güləşçimiz sonda üçüncü yer uğrunda görüşdə hindistanlı Saqar Saxlanı məyus edib - 10:4.
Təəssüflər olsun, onunla eyni gündə döşək üzərinə çıxan təmsilçilərimiz - Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) turnirlə əliboş vidalaşıb.
Xatırladaq ki, iki qələbədən sonra yarımfinalda uduzan və ciddi zədə alan Maqomedov sonda bürünc medal uğrunda görüşə çıxmayıb.
Startda qalib gələn Georgi Meşvildişvili isə 1/4 finalda mübarizəni dayandırıb.
Xəbər verdiyimiz kimi, turnirin ilk günündə sərbəst güləşçilərimiz 3 (0-1-2) qazanıblar.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.