Güləşçilərimiz reytinq turnirinə üç medalla başlayıblar
Dünən Albaniyanın paytaxtı Tirana şəhərində sərbəst və yunan-Roma güləşi üzrə mövsümün ilk reytinq xarakterli turnirinə start verilib. Sərbəst güləşçilərin çıxışı ilə başlayan turnirin ilk günü 5 təmsilçimiz döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıb. Besliyimizdən üçü daha inamla güləşərək mükafatçılar sırasında yer alıb.
Ən yaxşı nəticəni isə Rəşad Babazadə (65 kq) göstərib. Yalnız həlledici finalda büdrəyən Rəşad ikinci yeri tutmaqla gümüş medala layiq görülüb. O, finalda U-23 dünya çempionu Sucet Sucetə (Hindistan) uduzub - 0:10.
İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb. Bazarqanov bürünc medal uğrunda hindistanlı Tanci Dhededən (9:2), Djioyev isə 2 qat Olimpiya və 4 qat dünya çempionu adını daşıyan Kayl Deykdən (4:1) güclü olub.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.