“Qarabağ” “Nyukasl”a qarşı
Bakı vaxtı ilə gecə yarısında Nyukasldakı Sent Ceyms Parkda "Nyukasl Yunayted" və Azərbaycan çempionu "Qarabağ" arasında Çempionlar Liqası pley-offunun ikinci oyunu başlayacaq. İngiltərə komandası Bakıda keçirilən ilk oyunda 6-1 hesabı ilə qalib gəlib.
Bugünkü oyunu Davide Massanın rəhbərlik etdiyi italyan hakimlər briqadası idarə edəcək.
"Qarabağ" evdə ağır məğlubiyyətdən sonra bu mötəbər oyuna çıxacaq və Tofiq Bəhramov adına Respublika Stadionunda olduğundan daha yaxşı oyun göstərməyə çalışacaq.
Bu, Qurban Qurbanovun komandasının İngiltərə klublarına qarşı 11-ci oyunu olacaq.
Azərbaycan çempionları həm özləri, həm də bütövlükdə Azərbaycan futbolu üçün tarixi bir mövsümü başa vururlar. İkinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Qarabağ" 10 xal qazanıb və 36 komanda arasında 22-ci yeri tutaraq ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.