Azərbaycan boksçuları "Strandja" turnirinə qələbə ilə başlayıblar
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən və Azərbaycan da daxil olmaqla 31 ölkəni təmsil edən 338 dəri əlcək ustasının mübarizə apardığı ənənəvi "Strandja" beynəlxalq turnirə start verilib. Turnirin ilk günü yığmamızın iki üzvü mübarizəyə başlayıb və hər ikisi də döyüşünü qələbə ilə başa vurub.
50 kq çəki dərəcəsində rinqə çıxan Bilalhəbaşi Nəzərov 1/8 finalda irlandiyalı Luis Runini məğlub edib - 4:1. O, növbəti döyüşünü fevralın 27-də erməni Rudolf Qarbayana qarşı keçirəcək.
60 kq çəkidə rinqə çıxan Məhəmmədəli Aşırəliyev isə mübarizəyə başladığı 1/16 finalda İtaliya təmsilçi Mişel Baldassini məyus edib - 3:2. O, növbəti döyüşünü fevralın 25-də misirli Yazan Hussam Seyfellə qarşılaşacaq.
Turnirə martın 1-də yekun vurulacaq.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.