UEFA Çempionlar Liqası matçındakı irqçi insidentlə bağlı tədbir gördü
UEFA "Benfika"nın qanad oyunçusu Canluka Prestiannini Çempionlar Liqasında "Real Madrid"ə qarşı oyun zamanı baş verən irqçi insidentdən sonra müvəqqəti olaraq diskvalifikasiya edib.
Cəza oyunçunun 25 fevralda keçiriləcək cavab matçında oynamasına mane olacaq.
Prestianni əvvəllər "Real Madrid"in oyunçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlətməkdə ittiham olunmuşdu. Vinisius Junior matç zamanı hakimə rəqib hücumçunun onu "meymun" adlandırdığından şikayət etmişdi.
UEFA-nın açıqlamasında deyilir: "İntizam Komitəsi bu gün Canluka Prestiannini UEFA İntizam Qaydalarının 14-cü maddəsini, yəni ayrı-seçkilik davranışı ilə bağlı açıq şəkildə pozduğuna görə, UEFA-nın növbəti klub yarışı matçı üçün müvəqqəti olaraq diskvalifikasiya etmək qərarına gəlib".
Aydınlaşdırılır ki, bu qərar UEFA-nın intizam qurumlarının hazırkı araşdırmanın başa çatmasından sonra görə biləcəyi hər hansı əlavə tədbirlərə təsir göstərmir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.