"Qarabağ" mərhələ aşmaq şansını evdəcə itirdi
Fevralın 18-də futbol üzrə UEFA Çempionlar Liqasınin pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 4 oyun keçirilib və bununla da mərhələnin start oyunlarına yekun vurulub. Həmin oyunlardan biri Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan çempionu adını daşıyan "Qarabağ"la İngiltərənin "Nyukasl " klubu arasında baş tutub. Qeyd edək ki, görüşdə heç kəsin gözləmədiyi nəticə qeydə alınıb. Norveçli hakim Esnen Eskosun idarə etdiyi bu qarşılaşmada qonaq komanda "köhlən atlar"in qapısını sözün əsil mənasında top atəşinə tutub. İlk yarıda 5 dəfə qol sevinci yaşayan qonaqlar ikinci yarıda daha bir dəfə seviniblər. "Qarabağ" qonaqların qollarına yalnız bir təsəlli qolla cavab verə bilib. Yeganə qolun müəllifi isə 55-ci dəqiqədə müdafiəçi Emin Cəfərquliyev olub - 1:6.
Bununla da "Qarabağ" elə evdə keçirdiyi ilk oyunundaca darmadağın hesabla uduzaraq, növbəti mərhələyə adlamaq şansını yüz faiz itirib. Bundan sonra "Qarabağ"in mərhələ asmasına heç yaranması mümkün olmayan möcüzə də kömək edə bilməz. "Nyukasl" isə, əksinə, demək olar ki, üzərinə düşən işin öhdəsindən elə birinci oyundaca 100 faiz gəlib.
Günün digər oyunlarına gəlincə, ən sensasion nəticə "Bude-Qlimt"lə "Inter" arasında olub. Görüş birincinin 3:1 hesablı qələbəsi ilə bitib.
"Brugge" - "Atletiko" matçında heç-heçə qeydə alınıb - 3:3.
"Olimpiakos" isə evdə "Bayer"lə bacarmayıb - 0:2.
Bir gün öncə keçirilən oyunlarda isə nəticələr belə olub:
"Qalatasaray" - "Yuventus" - 5:2;
"Monako" - PSJ - 2:3;
"Benfika" - "Real" - 0:1;
"Borussiya" D - "Atalanta" - 2:0.
Cavab oyunları 24-25 fevral günlərində baş tutacaq.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.