"Gəncə" qadın voleybol klubu evdə "Gənclər"i üstələyib
Fevralın 17-də qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 13-cü turdan təxirə salınan oyun keçirilib. Həmin oyunda "Gəncə" qadın voleybol klubu Gəncə OİK-də "Gənclər" klubunu qəbul edib. Görüş ev sahibinin quru hesablı qələbəsi ilə başa çatıb - 3:0 (25:10, 25:10, 25:9).
Dünən kişi voleybolçular arasında isə 14-cü tura start verilib. Xırdalandakı "Abşeron" OİK-də "Murov Az Terminal"la "Gəncə" qarşılaşıb. Oyun birincinin qələbəsi ilə bitib - 3;0 (25:16, 25:14, 25:14).
Bu gün isə 14-cü tur çərçivəsində kişilər arasında daha iki oyun keçiriləcək. FHN-in idman zalında "ORDU" - "AZERRAİL" (saat 16:00) və "Neftçi" - "Xilasedici" (saat 18:00) oyunu baş tutacaq.
Fevralın 19-da isə qadın voleybolçular 14-cu tura başlayacaqlar. Saat 16:00-da "ORDU" "AZERRAİL" ilə, saat 18:00-da isə "Neftçi" "Xilasedici" ilə qarşılaşacaq. Hər iki oyun AVF-nin idman zalında olacaq.
Ertəsi gün isə Tovuzdakı OİK-də ev sahibi "Turan" "UNEC"-lə (saat 14:00), "Murov Az Terminal"in idman zalında isə eyniadlı klubla "Milli Aviasiya Akademiyası" üzləşəcək (saat 17:00).
İNTİQAM Məmmədov


.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.