Şahmatçıların Azərbaycan çempionatı davam edir
"Landmark" Biznes Mərkəzində kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı davam edir. Dünən axşam saatlarında çempionatda 1/8 final mərhələnin ikinci oyunları keçirilib və bununlа da mərhələnin ilk iki partiyasına yekun vurulub. Reqlamentə uyğun olaraq, iki partiyanın ümumi nəticəsinə görə, qalib olan şahmatçılar adlarını çempionatın 1/4 finalına yazdırıblar. İki oyunda qalibi aşkar edilməyən cütlər isə bu gün mübarizəni tay-brekdə davam etdirəcəklər.
AŞF-dən verilən məlumata görə, kişilər arasında çempionatın reytinq favoriti olan Şəhriyar Məmmədyarov (2727), Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə, və Məhəmməd Muradlı, qadınlardan isə Avropa çempionu və qadınlar arasında reytinq favorit olan Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Aydan Allahverdiyeva və Səbinə İbrahimova ilk iki oyundan sonra 1/4 finala yüksəlib
Kişilərdən ötənilki çempion Rauf Məmmədov bu gün tay-brekdə Şiroqlan Talıbovla, Nicat Abbasov Xaqan Əhmədovla, qadınlardan isə Gövhər Beydullayeva Nərmin Abdinovayla qalibi aşkar etməyə çalışacaq.
Çempionata fevralın 22-də yekun vurulacaq.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.