Cüdoçularımız Belçika turnirində 11 medal qazanıblar
Belçikanin Vise şəhərində kişilər, Herstal şəhərində isə qadınlar arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Açıq Turnirə yekun vurulub. İki gün (31 yanvar - 1 fevral) davam edən turnirə 31 (17 kişi və 14 qadın) cüdoçu ilə 14 çəkidə qatılan Azərbaycan yığması turniri 11 (3-2-6) medalla başa vurub. Bu medallardan isə yalnız bir bürünc qadınların payına düşüb. Yeganə bürünc medal Gültac Məmmədəliyevanın (52 kq) aktivinə yazılıb.
Kişilərin yarışında isə qızıl medalları bütün görüşlərini qələbə ilə başa vuran Murad Muradlı (60 kq), Yaşar Nəcəfov (66 kq) və Camal Feyziyev (+100 kq), gümüşler yalnız həlledici finalda büdrəyən Əbil Yusubovla (73 kq) Zelim Tckayev (90 kq), bürünclər isə çıxışını üçüncü yerdə bitirən Fərid Qarayev (60 kq), Kamran Süleymanov (73 kq), Cəsur İbadlı (81 kq) və Ramazan Əhmədov (+100 kq) qazanıb.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.