Cüdoçularımız Belçika turnirinə 7 medalla başlayıblar
Yanvarın 31-də Belçikada kişi və qadın cüdoçular arasında Açıq Turnirə start verilib. ACF -dən verilən məlumata gorə, 2026-cı ilin ilk beynəlxalq turniri olan və iki gün davam edəcək bu yarışa Azərbaycan 14 çəkidə 31 (17 kişi, 14 qadın) tatami ustası ilə qatılıb. Kişilər yarışa Vise, qadınlarsa Herstal şəhərində başlayıblar. Kişilərin ilk yarış günü millimiz üçün uğurlu olub. Beləki, ilk gündə tatamiyə çıxan cüdoçularımız ikisi qızı, ikisi gümüş və üçü bürünc əyarlı olmaqla 7 medal qazanıblar. Qızılları bütün görüşlərini qələbə ilə başa vuran Murad Muradlı (60 kq) və Camal Feyziyev (+100 kq) qazanıb. Gümüş medallar yalnız həlledici finalda büdrəyən Əbil Yusubovla (73 kq) Zelim Tckayevin (90 kq) aktivinə yazılıb. Bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Fərid Qarayev (60 kq), Kamran Süleymanov (73 kq) və Ramazan Əhmədovun (+100 kq) payına düşüb.
Turnir fevralın 1-də başa çatacaq.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.