Yunan-Romaçılar Göygöldə toplaşıblar
Azərbaycanın yunan-Roma güləşi üzrə əsas yığma komandası yanvarın 30-da Göygöldə növbəti təlim-məşq toplanışına (TMT) start verib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, fevralın 8-dək davam edəcək toplanışa 37 güləşçi cəlb edilib. Qeyd edək ki, iranlı baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzirətipur və Rəsul Cazinin rəhbərliyi altında keçən bu toplanışda əsasən güləşçilərin fiziki hazırlıq və taktiki-texniki səviyyənin artırılmasına fikir veriləcək.
Yeri gəlmişkən, bu TMT fevralın 25-dən martın 1-dək Tiranada (Albaniya) keçiriləcək ilin ilk reytinq xarakterli turnirinə hazırlıq xarakteri daşıyır.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.