Boksçuların ölkə çempionatı başa çatıb
Yanvarın 22-də Baki Boks Mərkəzində kişi və qadın boksçular arasında startı verilən seçmə xarakterli Azərbaycan çempionatına yanvarın 28-də elə həmin məkanda baş tutan kişilərin həlledici final döyüşləri ilə yekun vurulub. Xatırladaq ki, bir həftə davam edən bu çempionatda 33 idman təşkilatını təmsil edən 160 dəri əlcək ustası rinq döyüşünə çıxıb. Çempionatda qadınlar 4, kişilərsə 10 çəki dərəcəsində çempionluq uğrunda mübarizə aparıblar. Qadınların final yarısı bir gün öncə başa çatıb.
Kişilərin analoji yarışında isə qalib adını aşağıdakı boksçular qazanıblar:
Bilalhəbasi Nəzərov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəlı Aşurəliyev (60 kq), Maqsud Xasmetov (65 kq), Nəbi İsgəndərov (70 kq), Abbasqulu Şadlinski (75 kq), Nurlan Allahverdiyev (80 kq), Ramal Həsənli (85 kq), Rauf Rəhimov (90 kq) və Batraz Mildzikhov (+90 kq).
Yeri gəlmişkən, bir həftəlik çempionatda döyüşləri yerli həkimlərlə yanaşı, xarici ölkələrdən (Mərakeş, Argentina, Braziliya, Bolqarıstan və c..) dəvət edilən referilər idarə edib.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.