Qadın boksçuların ölkə çempionatı başa çatıb
Bakı Boks Mərkəzində kişilər və qadınlar arasında boks üzrə keçirilən seçmə xarakterli Azərbaycan çempionatında zəriflərin yarısı bu gün baş tutan həlledici final görüşləri ilə başa çatıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 51 kq çəki dərəcəsində qalib adını finalda DİN İC təmsilçi Günel Rəhimovadan güclü olan sumqayıtlı Cəmilə Sultanlı qazanıb - 5:0.
55 kq çəki dərəcəsində qələbəni "Z-1" klubunun üzvü Lalə Mədətova qeyd edib. O, finalda MOİK təmsilçisi Mehparə Məmmədovanı məğlub edib - 5:0.
60 kq-da Azərbaycan çempionu Emili Rzayeva ("Neftçi") olub. Çempion həlledici döyüşdə Sumqayıtdan olan Səlbi Bayramovanı məyus edib - 5:0.
65 kq çəkidə isə qalib adını Fatimə Mehdiyeva (Gəncə) qazanıb. O, finalda qubalı rəqibi Leyli Bayramovanı döyüşün ilk iki raundundaca üstələyib.
Bu gün kişilərin yarışında yarımfinal döyüşləri keçiriləcək. Sabah çempionata final görüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.