Qadınlarda finalçılar, kişilərdəsə yarımfinalçılar müəyyənləşib
Bakı Boks Mərkəzində kişi və qadın boksçular arasında keçirilən seçmə xarakterli Azərbaycan çempionatı artıq finişə yaxınlaşır. Yanvarın 26-da qadınların 2 yarimfinal, kişilərin isə 21 1/4 final döyüşü keçirilib və bununla da zərif cinsdən olanlar arasında finalçılar, kişilərdəsə yarımfinalçılar müəyyənləşib.
Qadınların yarımfinal döyüşlərində Cəmilə Sultanlı və Günel Rəhimova 51 kq-da, Fatimə Mehdiyeva ilə Leyli Bayramova isə 65 kq çəkidə qalib gələrək, finala yüksəlib.
Kişilərin yarışına gəlincə, Bilalhəbasi Nəzərov, Yusif Sultanov, Kənan Babayev, Ucal Musayev (hamısı 50 kq), Məhəmmədəlı Aşurəliyev, Taqi Nəsibov, Tayfur Əliyev, Məhəmmədəlı Qasımzadə (hamısı 60 kq), Cəfər Nəcəfli, Əli Abdullayev, Malik Həsənov, Cəlal Qurbanov (hamısı 65 kq), Murad Allahverdiyev, Ayxan Həsənov, Həsən Osmanlı, Fəqan Məmmədov (hamısı 80 kq), Hüseyn Hüseynli, Bayram Əhədov və Rauf Rəhimov (hamısı 90 kq) 1/4 final mərhələni də uğurla başa çatdıraraq, yarımfinala yüksəlib. Adıçəkilən bu boksçular 1/2-ə yüksəlməklə, bürünc medalı özlərinə təmin ediblər.
Bu gün çempionatda yarımfinal döyüşləri keçiriləcək. Sabah isə həlledici final görüşləri ilə çempionata yekun vurulacaq.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.