Liderlər qalib gələrək mövqelərini qoruyublar
Kişi və qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 10-cu turun oyunları keçirilib. Tura kişilərin oyunları ilə start verilib. Keçirilən hər üç oyunda liderlər qalib gəlib. Yarış cədvəlinə vahid liderlik edən "Neftçi" klubu "AZERRAİL" üzərində, yarış cədvəlində ikinci olan "ORDU" klubu "Gənclər"in, ilk üçlüyü tamamlayan "Xilasedici" isə "Murov Az Terminal" üzərində quru hesablı (3:0) qələbə qazanmaqla öz mövqelərini qoruyub saxlayırlar. Oyunlar hamısı FHN-in idman zalında keçirilib.
Tura kişilərdən bir gün gec başlayan qadınlara gəlincə, aşağıdakı nəticələr qeydə alınıb:
"AZERRAİL" - "Gəncə" - 1:3 (19:25, 25:21, 19:25, 23:25);
"Abşeron" - "DH Volley" - 0:3 (20:25, 21:25, 23:25);
"Murov Az Terminal" - "Gənclər" - 3:0 (25:19, 25:15, 25:20);
"Milli Aviasiya Akademiyası" - "UNEC" - 3:1 (23:25, 25:19, 25:14, 25:11).
Hazırda həm kişilərin, həm də qadınların turnir cədvəlində vəziyyət aşağıdakı kimidir:
Qeyd: 24-25 yanvar günlərində isə Şahdağ Turizm Mərkəzində qar voleybolu üzrə ölkə kuboku keçiriləcək. Turnirdə 5 qadın və 4 kişi klubu mübarizə aparacaq.


.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.