Hindistanlı guru Bakı sakinləri ilə görüşdü
Dünyaca məşhur hind gurusu Şri Şri Ravi Şankar Bakı sakinləri ilə görüşüb.
Görüş DTX-nın Mədəniyyət Mərkəzində baş tutub. Ruhani müəllimlə Bakı görüşünə bir gündə 1200-dən çox insan qeydiyyatdan keçib, o cümlədən başqa ölkələrdən 300 qonaq gəlib. Həmçinin, meditasiya ustası ilə görüşdə millət vəkili Naqif Həmzəyev də iştirak edib.
Qeyd edək ki, hind guru cəmiyyəti stress və zorakılıqdan azad etmək arzusundadır və bunun sayəsində bütün dünyada milyonlarla insanı ruhlandırır.
Şankar 2005-ci ildə Nobel Sülh Mükafatına namizəd göstərilib. Qeyd edək ki, o, təkcə dünya şöhrətli meditasiya ustası deyil, həm də Hindistanın Padma Vibhuşan ordeninin sahibidir. 2009-cu ildə Forbes India-nın Hindistanın ən güclü adamları siyahısında beşinci yeri tutub.
Pəri Arifqızı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.