2025-ci il güləşçimiz üçün uğurlu olub
Azərbaycan Güləş Federasiyası (AGF) güləşçilərimizin 2025-ci ildə əldə etdikləri uqurla bağlı maraqlı açıqlama verib. Məlumata görə, ötən il pəhləvanlarımız müxtəlif yaş qrupları üzrə təkcə dünya çempionatlarinda ümumilikdə 35 (11-6-18) medal qazanıblar. Bu medallardan 13-ü (5-3-5) yunan-Romaçıların, 14-ü (2-2-10) sərbəst güləşçilərin, 3-ü (1-2-0) qadınların, 5-i (4-0-1) isə çimərlik güləşçilərinin payına düşüb. Klassiklərimizin çıxışı daha diqqətçəkən olub. Belə ki, yunan-Roma güləşi üzrə əsas yığma komandamiz komanda hesabında mundialda ikinci olub. U-23 və U-20 millimiz, eləcə də çimərlik güləşi üzrə U-17 yığma komandamız dünya çempionatında üçüncü olub.
Ötən il dünya çempionu adını qazanan güləşçilərimiz bunlardır (11 nəfər):
Ülvi Qənizadə, Elmir Əliyev, Ziya Babaşov, Kənan Heybətov, İbrahim Yusubov, Vüsal Əliyev, Ayxan Cavadov, Hüseyn İsmayılov, Əli Nəzərov, Ülviyyə Musayeva və Nihad Süleymanlı.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.