Azərbaycan çempionatının birinci dəstəsinə yekun vurulub
Respublika Şahmat Mərkəzində kişi və qadınlar arasında şahmat üzrə keçirilən Azərbaycan çempionatının birinci dəstəsinə yekun vurulub. Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən və yüksək liqaya seçmə xarakterli bu yarışda 36 kişi, 18 qadın mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan bu yarışda kişilər arasında birinci yeri 7 xalla Ümid Aslanov, qadınlarda isə 8 xalla Lalə Hüseynova tutub.
Reqlamentə görə kişilərin yarışında ilk 10, qadınlarda isə ilk iki yeri tutan şahmatçılar yüksək liqada oynamaq hüququ qazanıblar.
Beləliklə, kişilərdə bu hüququ Ümid Aslanovla yanaşı, Rəvan Əliyev, Fərid Orucov, Kənan Qarayev, Şəmsi Qaraxanov, Rəvan Uquzov, Kənan İsbatov Paşam Əlizadə, Suat İbrahimli və Allahverdi Həmidov, qadınlarda isə Lalə Hüseynova ilə yanaşı, Zəhra Allahverdi bu hüququ qazanıb.
Yeri gəlmişkən, ölkə çempionatının yüksək liqası 6-22 fevral aralığında baş tutacaq.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.