Azərbaycan millisində yeni baş məşqçi
Azərbaycanin yunan-Roma güləşi üzrə yığma komandasına yeni məşqçi təyin edilib. AGF-dən verilən məlumata görə, ötən ilin sonlarında baş məşqçi postundan ayrılan rusiyalı mütəxəssis Aleksandr Tarakanovu dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçi hesab edilən iranlı Məhəmməd Bəna əvəz edib. Xatırladaq ki, Bana məşqçi kimi Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanıb. London -2012-də 3 qızıl medal qazanmaqla İran güləşində rekorda imza atan Bəna Tokio-2020-də isə 1 qızıl, 1 bürünclə yadda qalıb. Yeri gəlmişkən, 2011-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən planetin ən yaxşı məşqçisi adına layiq görülən iranlı mütəxəssis həmin ili öz ölkəsində isə "Cəsarət" ordeni ilə təltif edilib.
Bir məqamı da qeyd edək ki, onun başçılıq etdiyi məşqçilər korpusunda Nurəddin Rəcəbov böyük məşqçi, Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həxirətipur və Rəsul Cazini Dorçə isə məşqçi kimi yer alıb.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.