Sərbəst güləşçilər arasında ilk finalçılar müəyyənləşib
Yanvarın 7-də Bakı İdman Sarayında kişilər arasında startı verilən güləş üzrə seçmə xarakterli Azərbaycan çempionatı davam edir. Çempionatın üçüncü günü sərbəst güləşçilər mübarizəyə qatılıb və 57, 65, 74, 86 və 97 kq çəkidə finalçılar müəyyənləşib.
Sabah saat 18:00-dan 20: 00-dək bu çəkilərini final görüşləri keçiriləcək və bununla da sərbəst güləş üzrə Azərbaycan çempionatında ilk çempionlar bəlli olacaq. Sabah baş tutacaq finallarda aşağıdakı cütlər qurşaq tutacaqlar:
57 kq:
İslam Bazarqanov ("Neftçi") -Vasif Baqirov (Myuverstlinq);
65 kq:
Rəşid Babazadə ("Neftçi", Masallı) - Musa Aqayev (Masallı);
74 kq:
Ağanəzər Novruzov ("Neftçi") - Turan Bayramov ("Neftçi");
86 kq:
Arseniy Djioyev ("Neftçi") - Orxan Abbasov ("Neftçi");
97 kq:
Maqomedxan Maqomedov (AGF) - Osman Nurmaqomedov (AGF).
Sabah eyni zamanda günün ilk yarısında çəkisi 61, 70, 79, 92 və 125 kq olan sərbəst güləşçilər mübarizəyə qatılacaqlar.
Yeri gəlmişkən, hazırda yunan-Roma güləşi üzrə yarışların son 5 çəki dərəcəsində (60, 67, 77 , 87 və 130 kq) medallar uğrunda görüşləri keçirilir.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.