Portuqaliya Qran-Prisinə gedəcək kişi cüdoçular müəyyənləşib
Yanvarın 26-dan 28-dək Portuqaliyada kişilər arasında cüdo güləşi üzrə reytinq xarakterli Qran-Pri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan yığması da mübarizə aparacaq. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə baş məşqçi Rixard Trautmanın rəhbərliyi altında 11 tatami ustası ilə təmsil olunacaq. 11 nəfərlik heyətdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zəlim Tskayev, Səid Mollai (hər ikisi 81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşanqi Kokuari (+100 kq) yer alıb.
Xatırladaq ki, reqlamentə əsasən hər çəkidə ilk 3 yeri tutan cüdoçu aktivinə müvafiq olaraq, 700, 490 və 350 reytinq xalı yazdıracaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.