Lamin Yamal özünü Kriştiano Ronaldo ilə müqayisə etməkdən imtina etdi
"Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal özünü əfsanəvi portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə müqayisə etmək istəmədiyini bildirib.
18 yaşlı futbolçu 2025-ci ilin "Globe Soccer Awards" mükafatının ən yaxşı hücumçusu seçilib. Bu nailiyyəti şərh edən Yamal öz inkişafına diqqət yetirməyə üstünlük verdiyini vurğulayıb.
"Özümü heç kimlə müqayisə etməməyi üstün tuturam. Kriştiano Ronaldo kimi oyunçular nail olduqlarına özləri olmaq istədikləri və özlərini başqaları ilə müqayisə etmədikləri üçün nail olublar. Mən öz yolumu qurmaq istəyirəm", - deyə "Goal" Yamalın sözlərini sitat gətirir.
Eyni mərasimdə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan 40 yaşlı Kriştiano Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.