Bakıda taekvondo üzrə Azərbaycan çempionatı start götürüb
Fövqəladə Hallar Nazirliyinin İdman və Sağlamlıq Mərkəzində böyüklər arasında Azərbaycan Taekvondo Çempionatının və Yeniyetmələr arasında Milli Taekvondo Çempionatının açılış mərasimi keçirilib.
Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Prezident İlham Əliyevin idmana və idmançılara həmişə diqqət və qayğı göstərdiyini qeyd edib. "Məhz buna görə də taekvondoçularımız nüfuzlu beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Azərbaycan böyük idman tədbirlərinə layiqli ev sahibliyi edir. Bu, bizi sevindirir. Bu il qazanılan 156 medal, onlardan 53-ü qızıl medal ölkədə taekvondonun davamlı inkişafını və bu idman növünə artan marağın təsdiqidir", - deyə Heydərov bildirib.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda taekvondonun inkişafını vurğulayıb və Prezident İlham Əliyevin bu gün bir neçə idmançı ilə görüşdüyünü və onlara mükafatlar təqdim etdiyini qeyd edib.
Gənclər və İdman naziri Fərid Qayıbov dövlət başçısının idman sektoruna göstərdiyi yüksək dəstəyi qeyd edib. O, 2025-ci ilin Azərbaycan idmanı üçün məhsuldar il olacağını bildirib.
Yarışda Bakını və ölkənin bölgələrini təmsil edən 72 klub və idman cəmiyyətindən 436 taekvondoçu mübarizə aparır.
Çempionat 27 dekabrda başa çatacaq.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.