ABL iştirakçıları qış fasiləsinə çıxıblar
Kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) sayca 11-ci turun oyunları keçirilib. Oyunların nəticələri komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. "A" qrupna başçılıq edən "Abşeron Lions" hesabat turunda "Şəki"ni məqlub etməklə birinci pillədəki yerini qoruyub - 107:82 (30:16, 29:15, 24:30, 24:21). Eyni xalla "A" qrupunda ikinci olan "Sabah" isə az fərqlə "Gəncə"ni üstələyib - 88:82 (29:18, 21:25, 17:19, 21:20).
"B" qrupunda birinci olan "Ordu" klubu hesabat turunda ən yaxın izləyicisi olan "Naxçıvan" klubunu məqlub edərək aralarındakı xal fərqini 3-ə çatdırıb - 86:64 (19:19, 22:17, 18:8, 27:20).
Qrupda keçirilən digər oyunlara gəlincə, "Sumqayıt" klubu evdə "Lənkəran"ı 99:95 (17:30, 22:16, 28:29, 32:20), "Sərhədçi" isə "Quba" klubunu 97:78 (17:21, 17:21, 33:18, 30:18) hesabla məqlub edib.
Komandalar mübarizəyə 2026-ci il yanvarın 8-dən etibarən yenidən başlayacaqlar.
Komandaların qruplar üzrə turnir cədvəlindəki vəziyyətləri aşağıdakı kimidir:
İNTİQAM Məmmədov












03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.